• $
  • €
  • ₽
  • ₺
  • £

Xızıda yeni qapalı boru vasitəsi ilə su xətti çəkilib

Xızıda yeni qapalı boru vasitəsi ilə su xətti çəkilib
24.02.2023 19:00
Xızı rayon Suvarma Sistemləri idarəsi yaz suvarma mövsümünə hazırlaşır. Bu məqsədlə plan qrafikə uyğun olaraq rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir. Bu barədə Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
 
Son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib.
 
Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Ölkə başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində bu gün rayon suvarılan sahələr 12959 hektar təşkil edir. 

Həm əvvəllər mövcud olan həm də əkin dövriyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 337 km uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 km-i açıq, 236 km-i isə qapalı tiplidir. Kanallar üzərində 1899 ədəd hidrotexniki qurğu quraşdırılıb. Onu da qeyd edək ki, Xızı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təmin edilməsi məqsədi ilə ötən il torpaq məcralı 4300 metr uzunluğunda kanal qapalı boru kanalla əvəz edilib. Bu işlər cari ildə də davam etdirilir. 

Rayonun Giləzi qəsəbəsinin də suvarma suyu təminatını yaxşılaşdırmaq məqsədi ilə 1200 mert qapalı boru vasitəsi ilə su xətti çəkilib. Bu layihənin icrasından sonra 50 hektar ərazinin rahat və itkisiz suvarılması təmin edilib.

Görülən tədbirlərin nəticəsidir ki, hazırda fermerlər rahatlıqla sahələrini suvardıqlarını bildirirlər. Bu isə onların bol məhsul əldə etməsinə imkan yaradır.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol