• $
  • €
  • ₽
  • ₺
  • £

Sabunçuda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib

Sabunçuda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib
24.02.2023 20:30
Bakının Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanarək həmin ərazilərdə qeyri-qanuni su xətləri ləğv edilib.

Bu barədə "Azərsu" ASC məlumat yayıb.

Araşdırmalar zamanı Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən daş sexində suyun talanması faktı aşkar edilib. Su sayğacı olmasına baxmayaraq, obyektin tələbatının böyük hissəsi 20 mm diametrli boru ilə sayğacdankənar çəkilmiş xətt hesabına təmin olunub.

Maştağa qəsəbəsində yerləşən "Görüş” şadlıq evi sahibinin sudan qanunsuz istifadə etdiyi məlum olub. Bu obyektdə də sayğacdan kənar xətt aşkarlanıb. Su sayğacı olmasına baxmayaraq, yaxınlıqdan keçən su xəttinə obyekt sahibi tərəfindən özbaşına müdaxilə edilərək, 20 mm diametrli boru ilə şadlıq evinə su xətti çəkilib.

Ləhiş bağları adlanan ərazidəki istixanada isə "Azərsu” ASC-dən texniki şərt alınmadan və müqavilə bağlanmadan sudan qeyri-qanuni istifadə edildiyi müəyyən olunub. İstixanaya yaxın ərazidə olan su anbarından 50 mm diametrli boru vasitəsilə su götürüldüyü aşkar edilib.

"Nəzarət tədbirləri zamanı obyekt sahibləri su şəbəkəsinə qanuni qoşulma ilə bağlı maarifləndirilib. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır", - məlumatda deyilir.

Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın tapşırıqlarına əsasən içməli sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib və belə hallara yol verənlərə qarşı daha sərt tədbirlər görüləcək, aşkarlanmış faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol