Nazir - Müəllimlərin orta əmək haqqı 790 manata çatıb

Son 10 ildə müəllimlərin orta əmək haqqı 267 manatdan 790 manata çatıb. Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, sertfikasiyadan keçən müəllimlərin maaşına olan 10 faiz və 35 faiz əlavə bu rəqəmə daxil deyil.
Sertfikasiyadan keçən müəllimlərin maaşı maksimum 1195 manat müəyyən edilib.
Nazir bildirib ki, növbəti 4 ildə müəllimlərin maaşı 790 manatdan 910 manata qalxması gözlənilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























