Milli Orduda daha bir insident

Hadisə ilə bağlı cinayət işi başlanıb.
Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər yoldaşını bıçaqlayıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqlayıb. K.Məmmədzadə hospitala yerləşdirilib, vəziyyəti kafidir.
Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
ANN.Az
























