Ağdamın 25 faizi minadan təmizlənib

Ağdamın 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib. Bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Bildirilib ki, ötən illər ərzində Ağdam üzrə 16 min hektardan çox ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.
"Bu ilin planına uyğun olaraq daha 10 min hektardan çox ərazi təmizlənərək adiyyəti üzrə təhvil veriləcək. Təxminən Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib",- Vüqar Süleymanov bildirib
Azərbaycanda iki il ərzində 279 nəfər minaya düşüb. Bu barədə Baş Prokurorluğun hesabatında deyilib.
Onlardan 123 mülki şəxs 156 nəfər isə hərbi qulluqçudur.
Mina partlaması nəticəsində 46 nəfər həyatını itirib. Onlardan 35 mülki, 11 isə hərbi qulluqçudur.
Azərbaycan Xarici İşlər Nazirliyi 2022-ci il bəyanat yayaraq bildirib ki, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar var. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.
Rəsmi Bakı Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların minalardan operativ, təhlükəsiz və səmərəli şəkildə təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib.
Aytac ZeynalovaOnlardan 123 mülki şəxs 156 nəfər isə hərbi qulluqçudur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib