Uşaq bağçalarına təyinat alan tərbiyəçi-müəllimlərin sayı açıqlanıb

Bu günə qədər 97 tərbiyəçi uşaq bağçalarına təyinat alıb. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin cari tarixədək olan statistik göstəricilərinində bildirilib.
Müsabiqədə 97 namizəd test imtahanı və müsahibə nəticəsinə uyğun olaraq faktiki yaşayış yeri üzrə vakant yerlərə yerləşdirilib.
2022-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.
Sözügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.
20 dekabr 2021-ci ildə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























