• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtdakı “Şəhidlər xiyabanı” belə olacaq - FOTOLAR

Sumqayıtdakı “Şəhidlər xiyabanı” belə olacaq - FOTOLAR
29.03.2014 10:07

Sumqayıt şəhərində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin müraciətinə uyğun olaraq "Şəhidlər xiyabanı" kompleksinin yenidən qurulması, 20 Yanvar və Xocalı abidələrinin tikintisinə hazırlıq işləri gedir.ANN.Az AzərTAc-a istinadən məlumat verir ki, martın 28-də Sumqayıt Şəhər İcra Hakimiyyətində şəhər ictimaiyyətinin, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin iştirakı ilə "Şəhidlər xiyabanı" kompleksinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçiriləcək yenidənqurma, 20 Yanvar və Xocalı abidələrinin isə tikinti işləri layihələrinin təqdimatı olmuşdur.Tədbirdə "Şəhidlər xiyabanı"ndakı betondan hazırlanmış ulduz abidəsinin günün tələblərinə cavab vermədiyi və onun sökülərək yerində yeni abidənin ucaldılması fikri dəstəklənmişdir.Abidənin memarı Vaqif Nəzərov qeyd etmişdir ki, bu abidə vaxtilə Sovet İttifaqı dövründə beşguşəli ulduz formasında hazırlanmış, müstəqillik dövründə isə səkkizguşəli ulduz formasına salınaraq müvəqqəti saxlanılmışdır. O demişdir ki, adi betondan hazırlanan bu abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün tələblərinə cavab vermir.Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev də köhnə abidələrin həm keyfiyyət, həm də məzmun baxımından uyğun olmadığını, yeni layihələrin müasir memarlıq standartlarına tam cavab verdiyini və bu müqəddəs məkanın belə layihələrlə daha möhtəşəm olacağını bildirmişdir.Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni abidənin yaradılacağına görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol