"2022-2026-cı il dövlət proqramı" ilə xaricdə təhsil üçün 400 tələbə nəzərdə tutulub

Bu il "2022-2026-cı il dövlət proqramı" çərçivəsində 400 tələbənin xaricdə təhsil üçün göndərilməsi nəzərdə tutulub. Bu barədə "2022-2026 cı il Dövlət Proqramı" çərçivəsində növbəti sənəd qəbuluna dair keçirilən canlı yayım da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
" AZərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərin təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat, bank və plastik kart xərcləri dövlət tərəfindən ödəniləcək. İlkin olaraq 400 tələbə nəzərdə tutulub. Hələki dövlət proqramı aktivləşməyib",- Turan Topalova əlavə edib.
Baş nazir Əli Əsədov "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qayda”nın və "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiqlənməsi ilə bağlı qərar imzalayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























