• $
  • €
  • ₽
  • ₺
  • £

Anadolu: Ukraynadakı xüsusi əməliyyat Avropanı kömürlə işləyən elektrik stansiyalarına apardı

Anadolu: Ukraynadakı xüsusi əməliyyat Avropanı kömürlə işləyən elektrik stansiyalarına apardı
01.03.2023 19:35
Ukraynada xüsusi əməliyyatın başlaması ilə yaranan enerji böhranı Avropa İttifaqı (Aİ) ölkələrinin yenidən kömürlə işləyən elektrik stansiyalarının istifadəsinə qayıtmağa başlamasına səbəb olub. Bu barədə "Anadolu” agentliyi yazır.

Ukrayna münaqişəsi ilə bağlı enerji böhranı fonunda Avropa ölkələri keçmişdə bu mənbələrə soyuq münasibət bəsləyərək onlardan istifadəni dayandırmağı planlaşdırdıqları halda, kömür və nüvə enerjisinə müraciət ediblər.

Eyni zamanda, Avropada kömürdən istifadənin payı durmadan azalır və 2020-ci ildə 13% səviyyəsindədir.

Bununla belə, 2022-ci ildə kömürün ümumi elektrik enerjisi istehsalında payı kəskin şəkildə artaraq 16%-ə çatıb.

Nəşr qeyd edib ki, kömür Avropada "çirkli yanacaq” adlandırılsa da, 2022-ci ilin sonunda Aİ ölkələrində elektrik enerjisi istehsalında üçüncü yeri tutub. Kömürlə işləyən elektrik stansiyalarının 26 enerji bloku yenidən işə salınıb.

Nəşrin məlumatına görə, Aİ-də elektrik enerjisi istehsalında birinci yeri nüvə enerjisi tutur və onun payı 22%-ə çatıb. Yəni, enerji böhranı fonunda Avropa regionu kömürlə işləyən elektrik stansiyalarının və nüvə reaktorlarının fəaliyyətini genişləndirməyə başladı. Bütün bunlar Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi naminə baş verir.

Dekabrın 16-da Beynəlxalq Enerji Agentliyinin hazırladığı "Kömür 2022” hesabatında enerji böhranı səbəbindən bu il qlobal kömür istehlakının doqquz illik rekordu keçəcəyi bildirilir. Bu il üçün qlobal kömür istehlakı ötən illə müqayisədə 1,2% artaraq 8,025 milyard ton olaraq qiymətləndirilir və 2013-cü ildəki 7,997 milyard tonluq rekordu qırır.
 
Gülnar
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol