• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkim və digərlərinin cəzası azaldıldı

Baş həkim və digərlərinin cəzası azaldıldı
02.03.2023 14:53
Rüşvət alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlikdə mühakimə olunan hospitalın 3 əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə Qafqazinfo saytı məlumat verib. 


Bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 il 6 aydan dən 2 il 6 aya endirilib. Faktı onun vəkili Ceyhun Yusifov "Qafqazinfo"ya təsdiq edib.


Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasının 1 il endirilməsinə qərar verib.


İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın "VİP korpus”larına yerləşdirmək və xəstələrin özünə məxsus "Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi İmran Ağayevin cəzasını 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzasını isə 3 il 6 aya endirmişdi.


Beləliklə, Ali Məhkəmənin qərarından sonra İmran Ağayevin həbs müddəti 3 il, Rüfət Əlizadə və Taleh İmanının cəzası 2 il 6 aya endirilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol