Hacı Şahin gecə infarkt keçiribmiş - Müalicədən imtina edib - FOTO

"Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov da Teleqraf.com-a bildirib ki, Hacı Şahin Həsənli bir gün əvvəl "Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub: "Ona xəstəxanada yatmaq tövsiyə olunub. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib”.
Onun sözlərinə görə, Hacı Şahini xəstəxanada növbətçi həkim qəbul edib: "Xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanmağı tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Ağrısı keçdiyi üçün yəqin ki, sabah-birigün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.
Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: "Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinir. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.
Azərbaycanda belə hallar çox olur. Troponi yüksək olub, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki...”
O, Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib: "Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.
Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu, əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub”.

15:04
İlahiyyatçı Hacı Şahin Həsənli ölməzdən əvvəl infarkt keçirib. Bu barədə sosial şəbəkələrdə onun həkimdə olmağını təsdiq edən sənəd yayılıb.
Sənəddə göstərilir ki, martın ikisində gecə saat 4-də Hacı Şahin Baku Medical Plazada müayinədə olub. Ona kəskin miokard infarktı diaqnozu qoyulub. Bu halda onun ən azı 2 sutka ərzində tərpənməməsi vacib şərt olub. İlahiyyatçı isə könüllü olaraq bundan imtina edib və sənədə könüllü imza atıb.
Cümə axşamı səhərə yaxın Hacı Şahin Həsənli evində ürək çatızmazlığından 48 yaşında vəfat edib.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib