Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı VAZ və LADA markalı avtomobillərin yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozması, avtoxuliqanlıq etməsi və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Hər iki sürücü saxlanılaraq barələrində protokol tərtib olunub. "VAZ-2106” markalı avtomobilin sürücüsü məhkəmənin qərarı ilə 20 sutka müddətinə inzibati qaydada həbs olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























