Silahlı insidentlə bağlı xidmətini dayandıran hipermarket fəaliyyətini bərpa edib

Ötən gün Bakının Xətai rayonunda yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə üçüncü tərəfin inkassasiya heyətinə edilən silahlı hücumdan sonra xidmətini fəaliyyətini müvəqqəti dayandıran hipermarket normal iş rejimini bərpa edib.
Hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir.
Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində hipermarketin müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























