Mehdiabad məktəbində şagirdə gecikdiyi üçün dəhliz sildirirlər- Şikayət - VİDEO

Bakının Mehdiabad qəsəbəsinin 4 saylı orta məktəbində şagird məktəbə gecikdiyi üçün ona məktəbin dəhlizini sildiriblər. Bu barədə məktəblinin bacısı sosial şəbəkələrdə həmin şagirdin müəllimi ilə arasında olan səsyazısını yayıb.
Səs yazısında məktəbin müəllimi bildirir ki, bu direktorun qoyduğu qaydadır və məktəblinin bacısını məktəbə dəvət edir.
Məsələ ilə bağlı Abşeron- Xızı təhsil idarəsindən bildirilib ki, hadisədən yeni xəbər tutublar. Araşdırma aparılır. Nəticəsi barəsində məlumat veriləcək.
Məktəbin direktoru, filologiya elmləri doktoru Elnura Cavadzadədir. Məktəb 2014-cü ildə istifadəyə verilib.
Təhsil Nazirliyi yanında İctimai Şura keçmiş təhsil naziri Ceyhun Bayramovun 2019-cu il tarixli əmrinə əsasən yaradılıb.
İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum sayılır.
Məsəə ilə bağlı İctimai Şura ilə əlaqə saxlsasaq da, cavab ala bilmədik.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Anews.az-a bildirildi ki, məsələ onların diqqətindədir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























