• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində "yol terroru"nun azyaşlı qurbanları: 4 ölü, 7 yaralı

Bayram günlərində "yol terroru"nun azyaşlı qurbanları: 4 ölü, 7 yaralı
28.03.2014 11:10
Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək elan edilmiş istirahət günlərində respublikanın avtomobil yollarında baş vermiş qəzalar zamanı ölənlərdən 4 nəfər, yaralananlardan isə 7 nəfər azyaşlı uşaq olub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.Şöbə rəisinin sözlərinə görə, ölən uşaqlardan 2-si, yaralananlardan 1-i piyada qismində, digər ölən 2, yaralanan 6 nəfər isə sərnişin qismində olublar.K.Əliyev qeyd edib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların və ölənlərin sayı azalıb, yaralananların sayı isə artıb. Belə ki, 2013-cü ilin mart ayında 7 istirahət günü ərzində respublikada 99 yol-nəqliyyat hadisəsi baş vermişdi. Qəzalar zamanı 37 nəfər ölmüş, 144 nəfər isə yaralanmışdı. Bu il bayram günlərində 98 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticədə 18 nəfər ölüb, 145 nəfər xəsarət alıb: "Bu müddət ərzində BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Yollarda demək olar ki, gütün stasionar postlarda gündəlik reydlər keçirilib. Məncə, məhz bu səbəbdən builki bayram günlərində qəza nəticəsində ölənlərin sayında kifayət qədər azalma müşahidə olunub. Mənə belə gəlir ki, 19 insanın həyatını xilas etmək az iş deyil. Bu, 19 ailənin faciəsi demək olardı".Onun sözlərinə görə, bu il hadisələrin 31-i Bakı şəhərində baş verib. Bu zaman 3 nəfər həlak olub, 52 nəfər yaralanıb. Ən çox qəzalar regionlarda qeydə alınıb. Belə ki, qeydə alınmış 39 qəza nəticəsində 12 nəfər ölüb, 59 nəfər yaralanıb. Respublikanın rayonlararası yollarında 25 qəza baş verib. Nəticədə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.Qəzaların çoxu yenə də toqquşma nəticəsində baş verib. Belə ki, 39 toqquşma hadisəsi nəticəsində 7 nəfər həlak olub, 83 nəfər yaralanıb. Baş vermiş 98 qəzadan 31-i piyadaların vurulması ilə bağlı olub. Nəticədə 6 nəfər piyada ölüb, 26 nəfər yaralanıb.Nəqliyyat vasitələrinin aşması ilə müşayiət olunan 10 hadisə qeydə alınıb. Bu zaman 4 nəfər ölüb, 11 nəfər yaralanıb. Maneəyə vurma nəticəsində baş vermiş 18 qəzada 1 nəfər ölüb, 25 nəfər isə yaralanıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol