• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 250 min manatlıq əməliyyat - FOTOLAR

Bakıda 250 min manatlıq əməliyyat - FOTOLAR
28.03.2014 10:55

 Bakıda polis narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi zərərsizləşdirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 31 yaşlı Rufiz Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. R.Rüstəmov saxlanarkən polis əməkdaşlarına müqavimət göstərib qaçmağa cəhd etsə də, əməliyyatçılar onu yaxalayıblar. Saxlanılan şəxsin üstündən bir neçə bağlamada xüsusi olaraq qablaşdırılmış, ümumi çəkisi 2 kq 505 qr olan heroin aşkarlanaraq götürülüb. Əvvəllər də silsilə oğurluq və digər cinayətlər törətdiyi üçün 5 dəfə məhkum edilmiş R.Rüstəmov ifadəsində bildirib ki, azadlığa çıxdıqdan sonra xeyli müddət narkotik maddələrin satışı ilə məşğul olub. Sonuncu dəfə isə Masallı rayonundan əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini əvvəlcədən tapdığı müştəriyə satmaq üçün metronun Xətai stansiyası yaxınlığına gəlib. Lakin polis əməkdaşları onu ələ keçirdiyindən, istəyinə nail ola bilməyib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. Saxlanılan şəxsin ehtimal olunun digər cinayət əməllərinin olub olmadığı istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, bu əməliyyatla qanunsuz dövriyyədən çıxarılan heroinin qara bazarda qiyməti 250 min manatdan çoxdur.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol