Feministlərin aksiyasına icazə verilmir - XƏBƏRDARLIQ

Martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilən aksiya qanunsuz hesab olunur. Bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
"Əlbəttə, aksiya üçün icazə verilməyibsə, onun keçirilməsi qanunsuzdur. Qanunsuz aksiyanın qarşısı alınacaq",- DİN rəsmisi əlavə edib.
Bakı Şəhər İcra Hakimiyyəti feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsini məqsədəuyğun olmadığını açıqlayıb.
"Əlbəttə, aksiya üçün icazə verilməyibsə, onun keçirilməsi qanunsuzdur. Qanunsuz aksiyanın qarşısı alınacaq",- DİN rəsmisi əlavə edib.
Bakı Şəhər İcra Hakimiyyəti feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsini məqsədəuyğun olmadığını açıqlayıb.
Diqqətə çatdırılıb ki, müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir və orada ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur.
Azərbaycanda 8 Marş yürüşləri 2019-cu ildən keçirilir və bütün yürüşlərdə iştirakçılar qadın qətllərinə, gender əsaslı zorakılığa etiraz edərək İstanbul konvensiyasının qəbul edilib ölkədə tətbiq edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını və zorakılığın qarşının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər.
8 mart dünyada Beynəlxalq Qadınlar günü kimi qeyd edilir. Bu günün tarixçəsi qadınların öz hüquq və azadlıqları uğrunda mübarizəsi, gender bərabərliyi, reproduktiv hüquqlar, qadınlara qarşı zorakılıq və sui-istifadə kimi məsələlərə diqqəti cəlb etməklə bağlıdır. Həmçinin bu gün qadınların istər siyasi, istər mədəni, istər sosial, istərsə də iqtisadi həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlərin qeyd olunmasına həsr olunub.
Belə ki,8 mart ilk rüşeymlərini 1908 ci il New Yorkda 15.000-dən çox qadının iştirak etdiyi yürüşdən götürüb. Bu yürüşün iştirakçları qadınlara daha az iş saatları, daha yaxşı gəlir və qadınların da səs-vermə hüququnun verilməsini tələb edirdi.
1910-cu ildə Kopenhagendə qadın hüquqları müdafiəçisi Klara Setkin Əməkçi Qadınların Beynəlxalq Konfransında Beynəlxalq Qadınlar günü ideyasını irəli sürdü. Həmin konfransda 17 ölkəni təmsil edən 100 nümayəndə qadınların seçki hüququ da daxil olmaqla bərabər hüquqlarının təmin edilməsi ideyasını dəstəklədi. .
Növbəti il, 1911-ci il martın 19-da ilk Beynəlxalq Qadınlar Günü bir milyondan çox insanın iştirakı ilə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci il dekabrın 16-da 8 martın Beynəlxalq Qadınlar Günü kimi keçirilməsini qəbul və təsdiq etdi.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























