Azərbaycanda qadinların sayı açıqlanıb

2023-cü ilin əvvəlində Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, 2022-ci ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub.
Məlumata görə, ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlar təşkil edib.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir.
Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, 2023 cü ildə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatıb.
2022-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edib.
2021-ci ildə doğulan 112,3 min körpədən 46,4 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlar olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























