• $
  • €
  • ₽
  • ₺
  • £

Yer kürəsində orta dərəcədə maqnit qasırğası qeydə alınıb

Yer kürəsində orta dərəcədə maqnit qasırğası qeydə alınıb
27.03.2014 22:11
Dünən yer kürəsində orta dərəcədə maqnit qasırğası qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, bu hadisə Yerin maqnit sahəsinə azacıq təsir edib. Ciddi təhlükəli vəziyyətin olmadığını deyən N. Cəlilov bildirib ki, maqnit təlatümləri dünən 2 dəfə - səhər saat 6-da və 12-də qeydə alınıb: “Hər bir proses 1 saat davam edib. Bu proses meteohəssas insanlara təsir göstərib. Meteohəssas insanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər bunu daha tez hiss ediblər”. N. Cəlilov əlavə edib ki, maqnit qasırğası iki səbəbdən ola bilir. Onun sözlərinə görə, Günəşdə güclü alışma və tac dəlikləri yerə tərəf tuşlananda oradan güclü plazma axını ayrılır. O da yerin maqnit sahəsinə gəlib çatanda onu möhkəm silkələyir. Şöbə müdiri qeyd edib ki, martın 26-da baş verən maqnit təlatümləri maqnit dəliklərində yerə tərəf tuşlanan güclü plazma axını nəticəsində baş verib: “Amma indi Günəşdə tam sakitlikdir. Martın 27-nə maqnit qasırğalarının proqnozu tamamilə sakitdir. Maqnit ləkələri tamamilə normal vəziyyətdədir və deşiklər yoxdur”.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol