Şəkidə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub

Martın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.
Sonra Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu oxunub.
Şəhid analarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, ana adı müqəddəsdir, əzizdir. Onların övladları bu vətən bu torpaq uğrunda canlarından keçib. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb.
Sonda şəhid anaları çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























