• $
  • €
  • ₽
  • ₺
  • £

“Hər gün “Sovetski” sakinlərindən kompensasiya ilə bağlı 10-15 müraciət daxil olur”

“Hər gün “Sovetski” sakinlərindən kompensasiya ilə bağlı 10-15 müraciət daxil olur”
27.03.2014 17:29
“Bakının “Sovetski” məhəlləsində inventarlaşma dayanmayıb, sadəcə, Novruz bayramı ilə bağlı fasilə verilmişdi”.Bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib. Bu gündən inventarlaşma prosesinin davam edəcəyini deyən A.Şərifov inventarlaşmanın yalnız köçmək istəyən sakinlərin evləri və obyektləri ilə bağlı aparıldığını da bildirib: “Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər”. Baş nazirin müavini nəzərə çatdırıb ki, martın 19-na qədər “Sovetski” məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olub və bu gündən yenə müraciətlərin daxil olmasına başlanıb.  A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarlaşma prosesi başa çatandan sonra baxılacağını qeyd edib. Xatırladaq ki, martın 3-də keçirilən görüşdə A.Şərifov hökumətin 1 kv. m üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib. Qeyd edək ki, “Sovetski” məhəlləsi sakinlərinin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev APA-ya açıqlamasında martın 3-də Təşkilat Komitəsinin üzvləri və hökumət rəsmiləri ilə keçirilən görüşdən sonra həmin vaxta qədər aparılan kütləvi inventarlaşma prosesinin dayandırıldığını bildirib. O, “Sovetski” məhəlləsindən köçmək istəyənlərin əsasən bir neçə il əvvəl bu ərazidən ev alan kənar şəxslər olduğunu, yerli sakinlərin 1 kv. m üçün 1500 manat müqabilində köçmək niyyətində olmadığını bildirib: “Biz də həmin şəxslərin “Sovetski”dən köçməsini istəyirik, çünki hazırda məhəllədə sıxlıq müşahidə olunur. Ümumiyyətlə, ən yaxşı halda hazırda “Sovetski” məhəlləsində yaşayanların 10-12 faizinin hökumətin 1 kv. m üçün 1500 manat təklifi ilə razılaşaraq köçəcəyini proqnozlaşdırırıq. 2 ay ərzində mənzərə daha aydın olacaq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol