İran gömrükçüləri bizdən rüşvət istəyirlər - TIR sürücülərindən Naxçıvanda aksiya

Bu gün Naxçıvan Baş Gömrük İdarəsinin qarşısında TIR sürücüləri aksiya keçiriblər.
APA-nın məlumatına görə, aksiyaya səbəb İran gömrüyünün əməkdaşlarının son iki ayda TIR sürücülərindən hər dəfə sərhədi keçəndə rüşvət tələb etməsi və onları əsassız olaraq günlərlə orada saxlamasıdır.
Aksiyada 80-dən çox TIR sürücüsü iştirak edib.
Bununla bağlı bir çox yerə şikayət etdiklərini bildirən sürücülər problem həll olunmayınca işləməyəcəklərini bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























