• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda investisiya müsabiqəsinə çıxarılacaq iri müəssisələrin siyahısı açıqlanıb

Azərbaycanda investisiya müsabiqəsinə çıxarılacaq iri müəssisələrin siyahısı açıqlanıb
10.03.2023 21:00
Dövlətə məxsus bəzi iri müəssisələr investisiya müsabiqəsinə çıxarılacaq. İnvestorların təklifləri müzakirə ediləcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların cəlb edilməsi ilə bağlı işlər davam etdirilir. Dövlət Xidməti portfelində olan bəzi istehsal müəssisələri haqqında məlumatları sahibkarların diqqətinə çatdırmaqla, özəlləşdirilməsinə maraq göstəriləcək müəssisələrin fəaliyyətinin canlandırılması və inkişaf etdirilməsinə dair investisiya təkliflərinin müzakirəsinə açıq olduğunu bildirir.

Siyahıda göstərilən əksər müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulduğundan, müsabiqə şərtlərinin hazırlanması zamanı maraqlı şəxslərin təklifləri müzakirə ediləcək.

Məlumata görə, ölkə iqtisadiyyatına daha iri həcmdə investisiyaların cəlb edilməsi, mənəvi və fiziki cəhətdən aşınmış müəssisələrin texnoloji modernləşdirilməsi, onların potensialının səfərbər edilərək rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması, eləcə də yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqələrə çıxarılan müəssisələr real bazar dəyərindən aşağı qiymətə təklif olunmaqla, potensial investorlara dəstək tədbirlərinin tətbiqi imkanları da nəzərdən keçirilə bilər.

Təkliflərin hazırlanması üçün müəssisələrlə və onların maliyyə-iqtisadi göstəriciləri ilə tanış olmaq, habelə yarana biləcək hər hansı sulların cavablandırılması məqsədilə maraq göstərən investorlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Xətai rayonu, AZ1025, Y.Səfərov küçəsi, 50. Tel.: +99412 4902408 (əlavə – 208 və 191); faks: 99412 903359; e-mail: [email protected].).
Özəlləşdirilməyə çıxarılan orta və iri müəssisələrin siyahısı:

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol