Bakıda müəllimlərin qarşısında şərt qoyuldu

Onların bir çoxu atılan addımı özlərinə qarşı yönələn təxribat kimi qiymətləndirir.
Orta məktəblərdə müəllim, valideyn, şagird narazılığı nəzərə alınaraq yeni bir addım atılıb.
ANN.Az Modern.az-a istinadən məlumat verir ki, bu barədə adının açıqlanmasını istəməyən orta məktəb müəlliməsi xəbər verib.
Məlumatda bildirilir ki, təxminən 10 gün əvvəl Bakı şəhərindəki orta məktəblərin bir çoxunda müəllimlərə müəyyən şərtlər yazılan blank təqdim olunub.
Burada şagirdlərə qarşı kobud davranmamaq, onları təhqir etməmək, şagirdə qarşı fiziki zorakılıq tətbiq etməmək, onu nəyəsə məcbur etməmək kimi faktorlar öz əksini tapıb. Sonda imza üçün ayrılan hissənin qarşısında bunlar yazılıb:
“Göstərilən şərtləri pozacağım təqdirdə işdən çıxarılmağıma etiraz etmirəm”.
Digər bir məlumata görə, müəllimlərin bir çoxu atılan addımı özlərinə qarşı yönələn təxribat kimi qiymətləndirir. Ümumiyyətlə, bunun həm də müəllim adı üçün təhqir olduğunu vurğulayırlar. Məktəb rəhbərliklərinin şagirdlərin məsələdən xəbər tutmaması üçün də müəllimlərə xüsusi tapşırıq verdiyi bildirilir.
ANN.Az
























