• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 400-dən çox keçmiş qaçqını Qarabağa qaytarıb - Prezident

Azərbaycan 400-dən çox keçmiş qaçqını Qarabağa qaytarıb - Prezident
14.03.2023 12:05
Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan 400-dən çox keçmiş qaçqını bu bölgəyə qaytarıb. Bunu prezident İlham Əliyev Berlində Almaniya şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.


"Biz artıq "Böyük Qayıdış" adlı hökumət proqramını işə salmışıq. Müharibə başa çatdıqdan sonra il yarım ərzində 400-dən çox keçmiş qaçqını məskunlaşdıraraq proqram hazırlamışıq və ilk pilot layihəni artıq həyata keçirmişik. daha yüz minlərlə keçmiş qaçqını məskunlaşdırmağı planlaşdırırıq”, - Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin bərpası əsas planlardan biridir. Onun sözlərinə görə, bu planların həyata keçirilməsi böyük vəsait tələb edəcək.
 
"Biz tamamilə yeni, müasir standartlara əsaslanan layihələr həyata keçirməyi planlaşdırırıq", - prezident əlavə edib.

Əliyev bazar ertəsi Almaniyaya iki günlük işgüzar səfərə gəlib. Çərşənbə axşamı onun Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şolzla görüşü planlaşdırılır.
 
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol