• $
  • €
  • ₽
  • ₺
  • £

Son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

Son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb
14.03.2023 17:26
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 48 nəfər isə sağalıb.

Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 011 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 638 nəfər müalicə olunaraq sağalıb, hazırda 226 aktiv xəstə var. Bu günə qədər 10 147 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 558, bu günə qədər isə ümumilikdə 7 543 617 test icra olunub.

Eyni zamanda, ölkədə son sutka ərzində 480 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 188, ikinci doza vaksinlərin sayı 58 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 197-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 37 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 923 olub.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol