• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda yüzlərlə fəhlə tətilə başlayıb

Naxçıvanda yüzlərlə fəhlə tətilə başlayıb
15.03.2023 21:00
Naxçıvanda "Arkoz Holdinq"ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə dünəndən etibarən tətilə başlayıb.

Bu haqda "Gündəlik Naxçıvan”a tətilə qoşulan fəhlələr məlumat verib.

Bildirilib ki, buraya "Daş Məhsulları Sənaye Kompleksi”, "Bellissa Mebel Fabriki”, "Plastik Məhsulları İstehsalı” və digər müəssisələr daxildir.
Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər.

Onlar bildirirlər ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Tətilçilərdən Naib Məmmədov deyir ki, üç ay ərzində xeyli borca düşüblər və bu etiraz aksiyasını keçirməkdən başqa çıxış yolu görməyiblər:
 "Əvvəl də maaşlarımız gecikib. Ancaq ilk dəfədir ki, 3 aydır maaşlarımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə şikayət etsək də, əhəmiyyət verən olmayıb. Nəhayət son çarə olaraq bütün işçilər sözü bir yerə qoyaraq işləməkdən imtina etdik. Maaşlarımız verilmədikcə işləməyəcəyik”.

Digər tətilçi Şahin Qurbanov deyir ki, tətili dayandırmaq üçün rəhbərlik onlara təzyiq edib, hədələyir:

"Bizi işdən çıxarmaqla, həbslə hədələyirlər. Öldürsələr də, maaşımızı almayınca işə çıxmayacağıq. Qabaqdan bayram gəlir, borc boğaza yığışıb. Uşaqların üzünə baxa bilmirik. Özləri milyonları talayıb, rahat evlərində oturublar. Biz bayrama bir kilo düyünü necə alacağımızın dərdini çəkirik”.

Fəhlələrin kütləvi tətil etməsini "Arkoz Holdinq”dən də təsdiq ediblər. Holdinqin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır:

"Maaşların 3 aydır verilməməsinə görə, işçilər işləməkdən imtina ediblər. Yoxlamalar oldu, müəyyən maliyyə problemləri var. Hələlik bu problemləri həll etməyə çalışırıq. Tətillə bağlı bu gün holdinqin rəhbərliyi işçilərlə danışıb. İşi davam etdirməyi tələb edib, yaxın günlərdə maaşların ödəniləcəyinə söz verib. Lakin işçilər israrla maaşları verilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər ”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan "Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək "Arkoz Holdinq” olub. "Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda "Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm "Gəmiqaya”, həm də "Arkoz” adlı onlarla şirkət mövcuddur.

 Emin Uçara məxsus "Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol