Rusiyada 125 min sayt, 17 beynəlxalq QHT bağlanıb

2022-ci ildə Rusiyada 17 beynəlxalq QHT-nin fəaliyyəti qadağan edilib.
"Kommersant"nın xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov genişləndirilmiş kollegiya iclasındakı çıxışında danışıb.
"Hərbi əməliyyatlar şəraitində dövlətin və vətəndaşların təhlükəsizliyi məsələləri ön plana çıxdı. Bizim dincliyimizi pozmaq, qorxu və panika yaratmaq istəyənlər çoxdur. Onların istifadə etdiyi texnikalar hər dəfə daha da təkmilləşdirilir. Anti-Rusiya təbliğatı, zorakılığa çağırışlar və qeyri-qanuni ictimai aksiyalar çoxalıb”, - deyə baş prokuror bildirib.
Onun sözlərinə görə, 17 QHT-nin fəaliyyətinə qadağa qoyulmaqla yanaşı, daha 23 təşkilat arzuolunmaz hesab edilib. Bundan əlavə, prokurorluq 125 min saytın bloklanması tələbini irəli sürüb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib