• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakını Dubayla müqayisə etməyin”

“Bakını Dubayla müqayisə etməyin”
26.03.2014 21:33

Bakı şəhərini Dubayla müqayisə etmək düzgün deyil. Bakının tarixi, özünəməxsus siması var. 

Bunu ANN.Az-a Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə son illər Bakı şəhərinin ümumi memarlıq panoramında “Dubaylaşma” tendensiyasına münasibət bildirərkən söyləyib. 

E.Qasımzadə vurğulayıb ki, Bakını Birləşmiş Ərəb Əmirliklərinin “göydələnlər” şəhəri Dubaya bənzətmək çəhdləri uğursuzdur. Dubay memarlıq və şəhərsalma tarixi olmayan bir məkandır, səhrada yaradılıb. Dubayın mədəni irsi yoxdur. Burada sosial-demoqrafik inkişaf yeni başlayıb. Bakının isə öz şarmı var, öz mədəniyyəti, öz əhalisi var. 

“Çox qədim tarixi olan Bakının dəqiq yaşı hələ də bilinmir. Belə bir şəhəri Dubaya çevirmək ideyası qeyri-ciddidir” - deyən Memarlar İttifaqının sədri bu tendensiyanın Bakı mühiti üçün təhlükəli olduğunu da söyləyib. 

Qeyd edək ki, son zamanlar bəzi yerli və xarici kütləvi informasiya vasitələrində Bakı şəhərinin Dubaya oxşadılması, eləcə də Xəzər sahilində yeni Dubay salınmasına dair fikirlər ictimaiyyət arasında birmənalı qarşılanmır. Bakıda plansız şəkildə ucaldılan “göydələnlər”in şəhərin təbii amfiteatr quruluşuna xələl gətirməsi narazılıq doğurur. 

Onu da xatırladaq ki, öz tərəqqisinə 20 il öncə qədəm qoyan Dubay şəhərində 2 milyona yaxın əhali yaşayır ki, onun da 80 faizi əcnəbilərdir. 

Elçin Məmmədov 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol