2022-ci il erkən nigaha daxil olanların sayı artıb - RƏSMİ

Bakının Yasamal rayonu ərazisində yaşayan Sənubər Ağayevanın 17 yaşı olsa da o artıq bir uşaq anasıdır. İkinci uşağının isə payəzda anadan olacağı gözlənilir. Sənubər Ağayeva deyir ki, onu valideynləri 14 yaşında nişanlayıb 15 yaşına az qalmış isə ərə veriblər. O zaman ərinin 21 yaşı var imiş.
"Bizim kənddə belə adət var ki, analar oğlanları üçün qızı özləri seçir. Məni də yoldaşımın anası bəyənib istəmişdi. Bizlərdə oğlan anası seçən qıza heç vaxt yox deməz. Beləcə mənə elçi gəldilər. Atam da məni ərə verdi. BUna etiraz etmədim. Çünki adətimiz belədir. Biz gözümüzü açandan belə görmüşük", - Ağayeva deyir.
Tam orta təhsil belə almamış gənc xanım həyatından razıdır. Hazırda ərinin ailəsi ilə bir yenitikilidə yaşayır. Deyir ki, ərindən hələ bir pis söz eşitməyib.
"Düzdür bizi rəsmi nigahımız yoxdur. Amma qaynatam söz verib ki, 18 yaşım olan kimi mənimlə ərim rəsmi nigah bağlayacaq", - gənc xanım deyir.
Bəs uşaqlarınızı necə dünyaya gətirmisiz sualına cavabında isə Sənubər Ağayeva söyədi ki, qaynanası doğum evindən bir həkimlə danışıb. Pulunu ödəyib və həkimlər ananın həddi büluğa çatmamasına göz yumublar.
2022-ci il Azərbaycanda yaşı 18-ə çatmayan şəxslər tərəfindən doğulan uşaqların sayı 2011 nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 361 uşaq çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Bu dövr ərzində yaşı 18 olmayan və nigaha girən qızların sayı 270 nəfər olub.
2021-ci ildə isə bu say 137 nəfər təşkil edib.
Azərbaycanda Ailə Məcəlləsində 10-cu maddəsində bildirilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub.
Sosioloq Sənubər Heydərovanın fikrincə, erkən yaşda ana olanların sayının artmasının səbəbi yaradılan komitələrin işlərinin düzgün yerinə yetirməməsi ilə bağlıdır.
"Komitələr ancaq maarifləndirmə işləri gördüklərini deyirlər. Ancaq heç maarifləndirmə də yoxdur. Yəni bilinmir ki, komitə nə işlə məşğuldur. Azərbaycanda qurumların fəaliyyətində erkən nigahlarla bağlı məsələlərə baxılmır. Bura Təhsil nazirliyi, Səhiyyə nazirliyi, prokurorluq və s. daxildir. 18 yaşına çatmayan uşağın övladı varsa, deməli bu uşaqlar həmin vaxt dərsdə iştirak etməyiblər. Onların dərsdə iştirak etməməsinə göz yumulub. Polis özü də nəzarət etməlidir", - sosioloq bildirib.
O, üçüncü sektor təmsilçilərinə yaradılan maneələrdən də gileylidir.
"Bir adamın ərə getməsi şəxsi hadisə deyil. Buna az qala ölkənin bütün nazirlikləri məsuliyyət daşıyır. Bu işlə məşğul olan özəl təşkilatların resurslarının fəaliyyəti məhduddur. Biz rayonlarda işləyə bilmirik. Əsas resurslarımız sosial şəbəkələrdir. Köməklik göstərməyə çalışsaq da, məsuliyyət daşıyan qurumlar əksinə bizə mane olmağa çalışırlar", - Heydərova bildirib.
"Bir adamın ərə getməsi şəxsi hadisə deyil. Buna az qala ölkənin bütün nazirlikləri məsuliyyət daşıyır. Bu işlə məşğul olan özəl təşkilatların resurslarının fəaliyyəti məhduddur. Biz rayonlarda işləyə bilmirik. Əsas resurslarımız sosial şəbəkələrdir. Köməklik göstərməyə çalışsaq da, məsuliyyət daşıyan qurumlar əksinə bizə mane olmağa çalışırlar", - Heydərova bildirib.
18
yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları
Konvensiyasında müəyyənləşmiş son həddir (Uşaq Hüquqları Konvensiyası, maddə 1, - red) .
Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının
pozulması hesab olunur.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı
maddəsində deyilir ki, "yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya
dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin
nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha
daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında
məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq "tam və azad” ola
bilməz".
Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar
qanuni sayılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1. , 60.2, 60.3, 60.4. bəndlərinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik
hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi
sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir
edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə
bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə
ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və
mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll
olunur.
"Yeniyetmələrin hüquqlarının
pozulmasının qarşısının alınması ilə bağlı polis işçisinin vəzifələri” (maddə 15.1) və
"Yeniyetmələrin hüquqlarının pozulması ilə bağlı polis işçisinin hüquqları” (maddə 19.1).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin " Qadını nikaha daxil olmağa məcbur
etmə” (maddə 176.1.) maddələrində qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur
etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər nikah yaşına çatmayan şəxs
barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin Maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























