• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan çempionu Suriyada öldürüldü

Azərbaycan çempionu Suriyada öldürüldü
26.03.2014 17:08

Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub.

 APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Əliyev Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. 

 Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Əliyevin bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. 

 Məlumata görə, C. Əliyev güləş üzrə Azərbaycan yığmasının üzvü olub, Azərbaycan və Avropa çempionu adını qazanıb.Mücahidlər C. Əliyevin fotosunu da yayıblar. 

 APA-nın Sumqayıt şəhərində yaşayan dindarlardan əldə etdiyi məlumata görə, ailəsi Ceyhuna bu gün üç mərasimi verib.Azərbaycanlı döyüşçülərə məxsus internet səhifələrinin yazdığına görə, həmin döyüşdə həlak olanlardan biri də azərbaycanlılardan ibarət dəstənin “Musab Abdurahim Abdulmacid” adlı komandiridir.Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb.Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol