• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat içməli su ilə bağlı hökumətə təkliflər verib

Deputat içməli su ilə bağlı hökumətə təkliflər verib
17.03.2023 12:47
İçməli su təchizatına xidmət edən Taxtakörpü və Ceyranbatan su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 və 32 milyon kub metr həcmində az su toplanılıb. Bunu Milli Məclisin cümə günü keçirilən plenar iclasında deputat Sadiq Qurbanov hökumətin hesabatına münasibət olaraq çıxışı zamanı bildirib. 

"İçməli su istiqamətində vəziyyət o qədər də ürəkaçan deyil. Respublikanın əsas su anbarlarında 20,8 milyard kub metr ümumi su tutumuna qarşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 543 milyon kub metr çox, yəni 12,4 milyard kub metr həcmində su toplanıb. Yalnız əsasən içməli su təchizatına xidmət edən Taxtakörpü və Ceyranbatan su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 43 və 32 milyon kub metr həcmində az su toplanılıb.
Səhiyyə nazirliyinin araşdırmalarına görə Kür və Araz çaylarının suyundan istifadə edən, su imkanları məhdud olan 26 rayon ərazisində yerləşən 422 kənddə istismar edilən modul tipli sutəmizləyici qurğularından 402 su nümunəsi müayinə olunmuşdur. Nəticələr belədir. orqanoleptik (qeyri-kafi 26,1%), kimyəvi (qeyri-kafi 25,9%) və bakterioloji (qeyri-kafi 19,6%)", - deputat vurğulayıb. 
 
Deputat içməli su ilə bağlı bağlı bəzi təkliflər irəli sürüb. 
 
O bildirib ki,  prezidentin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”sərəncamına uyğun olaraq Azərbaycanda formalaşan suların yığılması məsələsi prioritet olmalıdır və su tutumları, ambarları, dəryaçaları yaradılmalıdır.
 
Deputat  təklif edir ki, rayon və şəhərlərdə texniki su ucuz qiymətə verilmək şərtilə onların əlavə təminatı yaradılmalıdır. 
 
Deputatın təklifəri sırasında respublika ərazisində içməli suyun keyfiyyətini ÜST nörmalarına uyğunlaşdırması və Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının müasir tələblər səviyyəsində yenidən qurulması işlərinin başlanması da var. 
 
Millət vəkili Kür çayına kanalizasiya və çirkab suların birbaşa axıdılması məsələsinin həll olunmasının vacibliyi vurğulayıb və təklif edib ki, su problemlərin həlli üçün İsraildən olan mütəxəssisləri dəvət etmək olar. 


Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol