Ukraynada Novruz tədbiri keçirilib - FOTO

Ukraynanın paytaxdı Kiyev şəhərində iş adamları vəYeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyi Novruz bayramı ilə əlaqədar tədbirkeçirib.
Şəhərin məşhur restoranlarından birində keçirilən tədbirdə təşkilatçılardanolan Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu şənlikiştirakçılarına Novruz bayramının tarixi haqqında qısa məlumat verərək, şənliyitəşkilində göstərdiyi köməkliyə görə hər kəsə minnətdarlığını bildirib. Xəzri Elxanoğluşənlik iştirakçılarına Yeni Nəfəs Hərəkatının rəhbəri Seymur Həsənlinin, hərəkatliderlərinin və Azərbaycan rəsmilərinin təbriklərini çatdırıb.
Xaricdə Təhsil Alan Türk Gənclər Konseyinin başkanıAli Kavlak Türkiyə gənclərinin təbrikini, Ukraynada eyni adlı təşkilatın sədriVladislav Obarenko Ukrayna gənclərinin təbrikini şənlik iştirakçılarına və Azərbaycanxalqına çatdırıblar.
Novruz şənliyinin əsas təşkilatçılarından olan Ukraynada yaşayan iş adamlarıElxan, Hikmət, Cəlal Abdullayev qardaşları, Amil Əhmədov və digərləri dəçıxışlarında Novruz bayramını keçirən bütün xalqları, əsasən də Azərbaycanxalqını təbrik ediblər və Yeni Nəfəs Hərəkatına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqlar Novruz haqqında şeirlər deyib və rəqs ediblər. Tədbir yumurtadöyüşdürülməsi ilə sona catıb.
Zakir Kərimli
Ukrayna, Kiev
























