• $
  • €
  • ₽
  • ₺
  • £

İlk 40 turist Şuşaya yola düşüb

İlk 40 turist Şuşaya yola düşüb
18.03.2023 14:11
Bu gün 40 nəfərin iştirakı ilə Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub.

Bu barədə Dövlət Turizm Agentliyindən (DTA) bildirilib.

"İşğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil edilir. Turistlər artıq Bakıdan Füzuli hava limanına çatıblar və saat 15:00-da Cıdır düzündə olacaqları gözlənilir. Turlar iki günlük nəzərdə tutulduğu üçün səyahətçilər "Xarı Bülbül” hotelində gecələyəcəklər", - DTA-dan bildirilib.

Agentlikdən bildirilib ki, ilk turist səfərləri həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, "Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, "Yuxarı Gövhər Ağa” məscidi, "Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın "Gəncə” qapıları və "Xarı Bülbül” simvolu, "Qazançı” Kilsəsi, Şuşa "Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.

Layihə "Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol