• $
  • €
  • ₽
  • ₺
  • £

Kür çayında suyun səviyyəsi qalxıb - Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Kür çayında suyun səviyyəsi qalxıb - Su istifadəçiləri hansı tədbirlər görməlidir?
19.03.2023 14:52
İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə olunduğu üçün Mingəçevir su anbarından Kür çayına, Yuxarı Qarabağ kanalına və Yuxarı Şirvan kanalına buraxılan suyun həcmi artırılıb.

Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən ("Azmelsutəsərrüfat") bildirilib.

Məlumata görə, martın 17-dən Mingəçevir su anbarından Kür çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılır.

"Qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su buraxılırdı.

Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən bu mənbədən təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə - Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4 kubmetr su transferi həyata keçirilir", - "Azmelsutəsərrüfat"dan bildirilib.

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində son bir neçə il ərzində yaradılmış ehtiyatlar hesabına Kür çayının aşağı axarında yaranmış çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam tənzimlənməsi nəzərdə tutulur.

"Ölkədə su ehtiyatları sahəsində gərgin şəraitin davam etdiyi bir zamanda qeyd edilənlərlə yanaşı su istifadəçiləri də öz öhdəliklərinə düşən, onlardan asılı olan məsələlərə məsuliyyətlə yanaşmalı, sudan qənaətli istifadə üçün bir sıra zəruri tədbirlər görməlidirlər.

Belə ki, torpaqda aqrotexniki tədbirlər, hamarlama işləri, şırımların normalara uyğun açılması, digər tərəfdən selləmə suvarmasından imtina edərək suya qənaət edən suvarma üsullarından, habelə gecə suvarmasından istifadə edilməsi, məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipinə əsaslanan suvarma qrafiklərinə və sudan istifadə limitlərinə riayət edilməsi zəruridir", - ASC qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol