• $
  • €
  • ₽
  • ₺
  • £

İranlı narkotacirdən heroin alan Mingəçevir sakini saxlanıldı

İranlı narkotacirdən heroin alan Mingəçevir sakini saxlanıldı
20.03.2023 10:07
İranlı narkotacirdən onlayn yolla külli miqdarda narkotik alan Mingəçevir sakini tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun üzərindən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram 808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Mahmudov ifadəsində narkotik vasitəni vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı "İsa” adlı İran vətəndaşından aldığını bildirib.

Belə ki, həmin iranlı narkotacir tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən T.Mahmudov Hövsan qəsəbəsində ona deyilən ərazidən bağlamanı götürdükdən sonra Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol