• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır

Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır
20.03.2023 15:16
Martın 23-dən Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır.

Bu barədə parkın direktoru Etibar İbrahimov özünün "Facebook" səhifəsində yazıb.

"Bu tarixdən etibarən Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək", - E. İbrahimov bildirir.

Bu xətt üzrə daşımalar "Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti" MMC tərəfindən həyata keçiriləcək.

Bir istiqamətdə xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.

Qeyd edək ki, Abşeron Milli Parkının ərazisi 783 hektardır. Ziyarətçilərin üzünə park 2005-ci ildən sonra müəyyən edilmiş marşrutlar çərçivəsində açılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol