Ölkə ərazisində faktiki hava açıqlanıb

Ölkə ərazisində martın 20-də arabir yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağan yağıntının miqdarı Naxçıvanda 15 mm, Sədərəkdə 14 mm, Şərurda 13 mm, Ordubadda 7 mm, Şahbuzda 6 mm, Culfa, Gədəbəydə 2 mm, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvanda 16 dərəcəyədək isti, dağlıq rayonlarda 10 dərəcəyədək isti, aran rayonlarında 20 dərəcəyədək isti olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























