Qadın və yeniyetmə məhkumların Novruz bayramı - FOTOLAR

Penitensiar xidmətin Tərbiyə müəssisəsi və 4 saylı cəzaçəkmə müəssisəsində Novruz bayramı şənlikləri keçirilib.Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətinin və Tərbiyə müəssisəsinin Himayəçilik şurasının təşkilatçılığı ilə yeniyetmə məhkumların saxlanıldığı Tərbiyə müəssisəsində Novruz bayramı münasibətilə növbəti tədbir keçirilib.Tədbir çərçivəsində tanınmış incəsənət ustalarının ifasında yeniyetmə məhkumlar üçün geniş konsert proqramı nümayiş etdirilib. Bayram konserti yeniyetmələr tərəfindən böyük rəğbətlə qarşılanıb.Tədbir iştirakçıları 4 saylı cəzaçəkmə müəssisəsində də olub, cəza çəkən, himayəsində azyaşlı uşaqları olan qadın məhkumlara baş çəkib, onlara bayram sovqatlarını təqdim ediblər. Tədbirdə Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri Xalidə Bayramova və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























