• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvardan Bakı sakinlərinə sürpriz - FOTOLAR

Bulvardan Bakı sakinlərinə sürpriz - FOTOLAR
25.03.2014 20:30
Yaxın günlərdə Bakının Dənizkənarı Milli Parkında açıq hava altında idman meydançası istifadəyə veriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, idman meydançası gələn ayda açılacaq.İdman meydançası sakinlərin istifadəsi üçün pulsuz olacaq. Meydançanın eni və uzunluğu 100 metrə yaxındır. Hazırda meydançaya 10-dan çox idman avadanlığı gətirilib. İdman qurğuları artıq bulvar ərazisində quraşdırılıb.N.Məcidovun sözlərinə görə, idmanla məşğul olmaq istəyənlər ilk öncə həkimlə məsləhətləşməlidir. Bundan sonra idman meydançasına daxil olub, quraşdırılan avadanlıqlarla məşğul olmaq mümkündür. Meydançadakı avadanlıqlardan fiziki qüsurlu insanlar da istifadə edə biləcək. Onlar üçün də müəyyən şərait yaradılacaq. Meydançaya 12 yaşından aşağı şəxslər buraxılmayacaq.Paytaxt sakinləri və əsasən də, gənclər bulvar ərazisində pulsuz idman meydançasının fəaliyyətə başlamasını səbirsizliklə gözləyirlər. Ərazidə velosiped sürən Hüseyn Qədirov deyir ki, həvəskar idmançıdı. Lakin çox vaxt idman zallarında məşq etməyə imkanı çatmır. İndi işləyəcək meydançada pulsuz məşq etmək onun üçün göydəndüşmə olacaq.“Bu meydançanın salınması gənclər üçün çox yaxşıdı. Səbirsizliklə meydançanın açılacağı günü gözləyirik. İnanıram ki, deyildiyi kimi idman meydançası pulsuz olacaq”, - deyə H.Qədirov bildirib.Qeyd edək ki, idman meydançası Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə salınıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol