• $
  • €
  • ₽
  • ₺
  • £

İlin birinci yarısında Qarabağ ərazisində avtomat meteoroloji stansiyalar istismara veriləcək

İlin birinci yarısında Qarabağ ərazisində avtomat meteoroloji stansiyalar istismara veriləcək
23.03.2023 21:00
Bu ilin birinci yarısında Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Rafiq Verdiyev məlumat verib.

Rafiq Verdiyev bildirib ki, müasir avtomat stansiyalar həm ölkə, həm də beynəlxalq yayıma ötürülən məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına zəmin yaradır: "Təkcə hidrologiya sahəsində son 3 ildə iri çaylar üzərində Avropa istehsalı olan 40 ən müasir avtomat stansiya quraşdırılıb və onlayn rejimdə fəaliyyət göstərir. Onlardan 11-i vasitəsilə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonları ərazisindəki çaylarda həm suyun miqdarı, həm də transsərhəd çaylarda suyun keyfiyyəti nəzarətdə saxlanılır".

Innovativ tətbiqlər digər istiqamətləri də əhatə edir və dövlət investisiya layihəsi çərçivəsində müşahidə şəbəkəsində 4 dəst dəniz, 2 ədəd dopler radar, 17 dəst meteoroloji, 1 dəst aqrometeoroloji stansiya istifadəyə verilib: "Avtomatlaşdırılmış hidrometeoroloji və hava keyfiyyəti stansiyalarından alınmış məlumatların Milli Hidrometeorologiya Xidmətində yeni yaradılmış Situasiya Mərkəzində onlayn şəkildə vizuallaşması təmin edilib.
 
Bu ilin birinci yarısında isə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub".

"Bu fəaliyyətlər proqnoz və xəbərdarlıqların dəqiqliyini artırmaqla ölkənin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
 
Azərbaycanda da 2030-cu ilədək bütün ölkələr tərəfindən yaradılması hədəflənən Erkən Xəbərdarlıq Sisteminin təməli qoyulur" - Xidmət rəsmisi əlavə edib.

23 mart "Ümumdünya Meteorologiya Günü" kimi qeyd olunur. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları artıq müasir avtomat stansiyalarla əvəz edilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol