İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 22-də saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Məmmədbəyli kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























