Yasamalda aksiya - QARŞIDURMA

Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsinin sakinləri ağacların kəsilməsinə qarşı etiraz aksiyası keçiriblər.
ANN.Az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, sakinlər ağacların kəsilməsinə icazə verilməsinə dair rəsmi sənəd tələb etsələr də, onlara belə bir sənədi göstərən olmayıb. Narazı sakinlər isə ağacların kəsilməsinə imkan verilməyəcəyini bəyan ediblər.Buna baxmayaraq, artıq ərazinin hasara alınmasına başlanılıb. Aksiyanın keçirildiyi yerə gələn polis əməkdaşı sakinləri dağılışmayacaqları təqdirdə həbslə hədələyib.Həmin binada yaşayan xalq artisti İlham Əsgərovla polis əməkdaşı arasında mübahisə yaranıb. Adının Nizami olduğunu bildirən polis əməkdaşı binanın daha bir tanınmış sakinini - Elxan Şahinoğlunu xuliqanlığa görə həbslə hədələyib.
ANN.Az
























