Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub.
Hadisə rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb.
12 ailənin yaşadığı, ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucova məxsus mənzildə yanğın baş verib.
İlkin məlumata görə, yanğın nəticəsində 30 kvadratmetr ərazi yanıb. Yanğın zamanı mənzilin sahibi evdə olmayıb.
Yanğına elektrik xətlərində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























