• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir

Azercell “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir
27.03.2023 15:42
Portalın texniki və funksional imkanlarının genişləndirilməsi Autizm Mərkəzinin işini xeyli təkmilləşdirəcək.

Korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq "Azercell Telekom” texnoloji imkanlar vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lider mobil operatorun dəstəyi ilə "Birgə və Sağlam” İctimai Birliyinin "Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi həyata keçirilir. 

Layihə çərçivəsində autizm haqqında onlayn platformada maarifləndirmə işlərinin miqyasını genişləndirmək məqsədilə autizmportali.az portalı dizayn tərtibatı və texniki imkanlar baxımından  müasir standartlara uyğun olaraq əsaslı surətdə təkmilləşdirilir və yenilənir, məzmunu zənginləşdirilir, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılır. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, "canlı çat” funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə göstərilən reabilitasiya və digər sosial xidmətlərlə bağlı operativ məlumat almağa imkan verəcək.
Azercell-in dəstəyilə Türkiyənin Tohum Otizm Vakfının Azərbaycan dilinə tərcümə olunmuş 10 cilddən ibarət kitabı daxil, autizmin bir sıra aspektlərini əhatə edən elmi əsaslı məlumatlar toplusu rəqəmsallaşdırılıb portala yerləşdiriləcək və məzmun mütəmadi olaraq artırılacaq. Valideynləri autizm haqqında dəqiq və etibarlı məlumatla təmin etmək məqsədilə həkim-mütəxəssislərin iştirakı ilə video formatda hazırlanan maarifləndirmə çarxları da portalda yer alacaq.

Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol