Rusiyanın Ukraynadakı itkiləri açıqlanıb

Ukraynada son sutka ərzində 570 rusiyalı işğalçı məhv edilib. Bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
24 fevral 2022-ci il tarixindən 28 mart 2023-cü il tarixinədək Rusiyanını ümumilikdə döyüş itkiləri təxminən 171 min 730 nəfər öldürülüb.
Martın 27-dən 28-nə keçən gecə Rusiya Kiyevə və Dnepropetrovsk vilayətinə hücum edib, nəticədə Rusiyanın 12 pilotsuz uçan aparatı Kiyev ətrafında, ikisi Dnepropetrovsk vilayətində məhv edilib.
Müdafiə Qüvvələrinin aviasiyası martın 27-də işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 9, o cümlədən zenit-raket kompleksinə bir zərbə endirib.
Həmçinin, ötən sutka ərzində Ukrayna Rusiyanın 5 ədəd müxtəlif təyinatlı kəşfiyyat PUA-sını vurub.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























