Elçin Əfəndiyev Əfqanıstana səfər edəcək

Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev Əfqanıstana səfər edəcək.Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, martın 26-da baş tutacaq səfərin məqsədi Əfqanıstanın paytaxtı Kabildə keçiriləcək IV Beynəlxalq Novruz Bayramı Festivalında iştirakıdır. Səfər zamanı E. Əfəndiyevin Əfqanıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi gözlənilir. Qeyd edək ki, Festivalda İran, Tacikistan və Pakistanın prezidentlərin və Novruz bayramını qeyd edən bir sıra ölkələrin yüksək vəzifəli rəsmi şəxslərin iştirakı gözlənilir. III Beynəlxalq Novruz Bayramı Festivalı Tacikistan paytaxtı Düşənbədə keçirilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























