Bəzi dərmanların üzərində göstəricilər səhv yazılır - Deputat

Bəzi dərmanların üzərində olan doza ilə içərisində olan doza göstəriciləri eyni formada yazılmır və bu ciddi problemdir. Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva çərşənbə günü Səhiyyə komitəsinin iclasında çıxışı zamanı deyib.
"Belə bir anormal halla özüm də qarşılaşmışam. Dərman vasitəsinin üzərində başqa doza, içərsində isə başqa doza qeyd olunub. Bu vəziyyətdən həkimlər və vətəndaşlar da narahatdır. Aiddiyatı üzrə bu problemin həll olunmasına müraciət etmək lazımdır", - deputat bildirib.
Komitə sədri Əhliman Əmiraslanov cavab olaraq qeyd edib ki, bu çox ciddi məsələdir və bu bardə mütləq Səhiyyə Nazirliyinə məlumat vermək lazımdır. Əks halda yalnış doza səbəbindən insanların həyatında riskli vəziyyət yarana bilər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























