3 saylı uşaq evində ərzaqlar uşaqlara verilmir- İDDİA/VIDEO

Bakının Xətai rayonu, 3 saylı uşaq evində uşaqlara quru çörək verildiyi və ərzaq məhsullarının uşaqlara verilmədiyi iddia edilir. Bu barədə uşaq evində qalan yeniyetmələrdən biri sosial şəbəkələrdə bildirib.
Yeniyetmə bildirir ki, uşaq evində onlara verilməli olan qidalar onlara verilmir.
"Meyvələri, südü, uşaq evinə gələn ərzağı aparırlar. Bizə göndərilən ətlərin tək sümük və yağlı yerləri bişirirlər, qalan ətləri aparırlar. Ancaq çürük alamaları saxlayırlar",- yeniyetmə iddia edib.
Yeniyetmə iddia edir ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.
Məsələ ilə bağlı uşaq evi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Daha ətraflı videonu diqqətinizə çatdırırıq:
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























