• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iki nəfəri güllələyən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakıda iki nəfəri güllələyən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
24.03.2014 13:42

Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxsin kimliyi açıqlanıb.Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən və 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan şəxsin Kamil Fərəcov olduğu dəqiqləşib. Hazırda polis onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən K. Fərəcov qətlə yetirdiyi Y. Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R. Musayev K. Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını kəsərək öldürüb. K. Fərəcov da qisas almaq məqsədi ilə R. Musayevin oğlunu qətlə yetirib. ANN.Az

***

12:46

Bakıda baş verən atışmada ölən və yaralanan şəxslərin adı açıqlanıb.Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, güllələnənlərdən 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev hadisə yerində keçinib. Onun qohumu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi isə hələlik bilinmir. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Hadisə şahidləri isə APA-ya bildiriblər ki, hadisə qisas zəminində törədilib. Belə ki, qətlə yetirilən Y. Musayevin atası Rabil Musayev iki il əvvəl hadisəni törədən şəxsin qohumunu qətlə yetiribmiş. Həmin şəxs də qisas almaq məqsədi ilə bu addımı atıb. Xatırladaq ki, R. Musayevin iki əvvəl qətl törətməsi barədə APA məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 2012-ci il yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R. Musayev bıçaqla hər iki şəxsi bıçaqlayıb. R. Fərəcov ölüb, K. Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol